Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təlim tədris və sertifikatlaşdırma idarəsinin yeni açılmış Qobustan təlim mərkəzinə işə qəbul elan edib. Təlim tədris və sertifikatlaşdırma idarəsindən bildiriblər ki, müsabiqədə iştirak etmək istəyənlər www.socar.az və ya http://careers.socar.az/VacancyList linkinə daxil olmaqla ixtisas və peşələrinə uyğun elan edilmiş müxtəlif vakansiyalar üzrə elektron müraciət edə bilərlər.
İşə qəbul müsabiqə yolu ilə keçirilir. Elektron müraciəti qeydə alınmış namizədlərin sənədləri vakansiya tələblərinə uyğun gəldiyi təqdirdə onlar növbəti test, peşə sınaq imtahanı və ya müsahibə mərhələlərinə dəvət olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB