Azərbaycanda neftçilərinin etibarlı sosial müdafiəsi təmin olunub. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, neft sənayesində çalışan pensiyaçıların sayı isə 26 min nəfərdən artıqdır. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 20 sentyabr "Neftçilər günü" elan edilib və bu tarix Azərbaycanda "Neftçilər günü" kimi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu neft strategiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın hərtərəfli inkişafında, əhalinin sosial rifahının gücləndirilməsində mühüm rol oynayıb. Ölkəmizdə neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunub və dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır.
Belə ki, bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulan yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığorta edənlər arasında xüsusi çəkiyə malikdir. 2013-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91,5 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB