ARDNŞ: "Neftçilərin əməkhaqlarının artırılması gündəmdə deyil"
"Neft sahəsində çalışanların əməkhaqlarının artırılması hələ ki, gündəmdə deyil". SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqdisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, Neft Şirkətində çalışanların əməkhaqları həm dövlət, həm də özəl müəssisələrdə çalışanların əməkhaqqından yüksəkdir: "1 iyul tarixindən Neft Şirkətinin Prezidenti neftçilərin əməkhaqlarını artırıb. Hazırda Neft Şirkətində minimum əməkhaqqı 150 manatdır. Şirkətimizin təklif etdiyi minimum əməkhaqqı həmişə dövlət müəssisələrinin minimum əməkhaqqından çox olub. Bu səbəbdən də hələ ki, neftçilərin əməkhaqlarının artılması gündəmdə deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB