Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul ayları ərzində 6,9 faiz artaraq 412,7 manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, eyni zamanda yanvar-iyul aylarında sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 641,4 manat, inşaat kompleksində 609,5 manat, nəqliyyatda 525,6 manat, rabitədə 669,6 manat olub.
Məlumata əsasən, gəlirlərin artması ilk növbədə özünü əhalinin ticarət şəbəkəsindən aldığı istehlak mallarının və göstərilən xidmətlərin həcminin artmasında büruzə verir. İlin əvvəlindən əhaliyə 12,2 milyard manatlıq istehlak malları satılıb və 9,4 faiz artıb. Pullu xidmətlərin həcmi isə 6,8 faiz artaraq 3,9 milyard manata çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB