“AtaBank” yeni “Online Map” xidmətini istifadəyə verdi

“AtaBank” yeni “Online Map” xidmətini istifadəyə verdi

"AtaBank" yeni "Online Map" xidmətini istifadəyə verdi ! Artıq "Facebook" sosial şəbəkəsinin aktiv istifadəçiləri olan "AtaBank" müştəriləri, Azərbaycanın istənilən nöqtəsindən və istədikləri zaman bankla əlaqə yaratmaq imkanı verən bu xidmətdən istifadə edə bilərlər. Bankın rəsmi "Facebook" səhifəsinə daxil olan müştərilər "Online Map" bölməsinə keçərək, bankın filial və bankomat şəbəkəsi ilə yaxından tanış ola, eyni zamanda onları maraqlandıran filial və bankomatları axtarmaq imkanı əldə edə bilərlər.

"AtaBank" sosial şəbəkələrdə fəaliyyətini yalnız "Facebook" la məhdudlaşdırmır. Müştərilər "Twitter", "Youtube", "Linkedin", "Google+" və digər tanınmış sosial şəbəkələrdə də Bankın rəsmi səhifələrini görə bilərlər.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir."AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytınavə ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

Bütün xəbərlər Facebook səhifəmizdə