"Gələn il neftin dövlət büdcəsində qiyməti bir barel üçün 90 dollar olacaq"
"Azərbaycanda gələn il neftin dövlət büdcəsində qiymətinin bir barel üçün 90 dollar civarında olması nəzərdə tutulur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.
O deyib ki, növbəti ildən Azərbaycanda dövlət büdcəsində neftin proqnoz qiyməti konservativ götürüləcək: "Bu həm hasilat, həm də qiymət nöqteyi-nəzərdən dəyişə bilər. Əgər bu il neftin qiyməti dövlət büdcəsində 100 dollarla hesablanmışdısa, növbəti ildən dəyişəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB