"Dövlət Neft Fondu bu ilin sonunadək 5 ton qızıl alacaq"

"Dövlət Neft Fondu bu ilin sonunadək 5 ton qızıl alacaq"

"Azərbaycanın Dövlət Neft Fondu bu ilin sonuna qədər daha 5 ton qızıl alacaq. Ötən ildən başlayaraq Dövlət Neft Fondu qızıl alışına başlayıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fondun sədri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu günə qədər 25 tondan çox qızıl alınıb: "Bu ilin sonuna qədər əlavə 5 tona yaxın qızıl alaraq, ümumi həcmi 30 tona çatdıracağıq. Növbəti illərdə qızıl alışlarının davam etdirilib-etdirilməməsi ilə bağlı müzakirələr gedir və qərar qəbul olunduqda ictimaiyyətə açıqlanacaq".

"Dövlət Neft Fondunın qızılı baha olanda alması barədə deyilənlər tam həqiqətə uyğun deyil. Biz qızılın alışına başlayarkən bəyan etmişdik ki, bu, strateji sərmayədir. Qızılın qiymətinin dəyişkənliyini nəzərə alaraq onu bir dəfəyə yox, iki il ərzində alınmasını nəzərdə tutduq və həftələr üzrə almağa başladıq. Göründüyü kimi, qızılın qiymətinin aşağı düşməsi bizim strategiyanın düzgün olduğunu sübut etdi. Bir dəfəyə almadıq, uzun müddətə aldıq. Hazırda qızılın qiymətinin aşağı olması şəraitində alışı davam etdiririk və bu, bizim aldığımız qızılın orta qiymətinin son iki ildə olan orta qiymətə bərabər olmasını təmin edəcək"- deyə, sədr fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə