"İri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur"

"İri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur"

"Azərbaycanda iri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur. Gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsi də gözlənilir. Lakin hazırda bu məsələ konkret gündəmdə deyil". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda manatların yeni dizayn şəkillərinin internetdə yayılmasına da münasibət bildirib: "Bunlar şayiədir və reallığı əks etdirmir. Dünyanın aparıcı ölkələrində 8-10 ildən bir valyutaların dizaynı dəyişdirilir və bu normal prosesdir. Azərbaycan Mərkəzi Bankı bu məsələyə hökumətlə və Pul islahatları komissiyası ilə birlikdə baxır və yeni qərar olsa, birgə qərar olacaq".

E.Rüstəmov qeyd edib ki, Azərbaycanda sikkələrin, o cümlədən kiçik nominallı sikkələrin dövriyyədən çıxarılması gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə