WTI markalı neft bahalaşıb

Sentyabrın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,14 dollar və ya 1,1% artaraq 1 barelə görə 108,37 dollar olub. SİA-nın məlumatına görə, sentyabrın 5-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,18 dollar və ya 0,2% artaraq 115,09 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə