"Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılan virus xəstəliyinin dinamikasında enmə müşahidə olunub". Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli SİA-ya açıqlamsında belə deyib. Onun sözlərinə görə, 200 min başdan artıq iribuynuzlu mal-qara virusa qarşı müalicə olunub və həmin heyvanlar bu gün öz fəaliyyətlərini davam etdirirlər: "Onlarda həm qidalanma, həm də süd vermə fəaliyyətləri bərpa olunub. 3500-ə yaxın iribuynuzlu mal-qarada virus qalmaqdadır. Xəstə heyvanların müalicəsi istiqamtində isə baytar həkimləri fəaliyyətlərini davam etdirirlər".
İribuynuzlu mal-qaranın sağalmasının onların orqanizmindən asılı olduğunu deyən Yolçu Xanvəli qeyd edib ki, heyvanların bəzilərində bu virus 2-3 günə, bəzilərində isə bir həftəyə məhv olur: "Müalicə xərclərinə gəldikdə isə deyə bilərəm ki, orta hesabla hər bir heyvanın müalicə olunması üçün 10 manat məbləğində vəsait sərf olunub. 37 rayonda qeydə alınan məhz bu virusdan heyvanlar arasında ölüm halları qeydə alınmayıb. 61 baş mal-qara sözügedən xəstəliklə yanaşı, digər xəstəliklərin də olduğuna görə ölüb. 77 baş heyvanda isə balasalma halı müşahidə olunub".
Xidmətin rəhbəri onu da bildirdi ki, hazırda xəstəlik Dövlət Baytarlıq Xidmətinin nəzarəti altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB