Rusiya sentyabr ayından Belarusa neft ixracının həcmini 400 min ton azaldacaq. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, "Transneft" şirkətinin vitse-prezidenti Mixail Barkov bu qərarın "Drujba" neft kəmərində aparılacaq təmir işləri ilə əlaqədar olduğunu bildirib. Barkov "Praym" agentliyinə verdiyi müsahibədə kəmərin istifadəyə tam yararlı olmadığını, "Transneft"in belə bir addımı atmasında məqsəd yalnız baş verəcək qəzaların qarşısını almaqdan ibarət olduğunu bildirib.
Qeyd edək ki, Rusiya ilin əvvəlindən rüb ərzində Belarusa 5,75 miyon ton neft göndərib. Sentyabrın birindən isə Mozırski və Naffan neft emalı zavodlarına göndərilən neftin həcmi 400 min ton (hər zavodda 200 min ton) azaldılacaq. Kəmərdə aparılacaq təmir işlərinin nə vaxt başa çatdırılacağı barədə informasiya verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB