Şahin Mustafayev İsmayıllıda vətəndaşları qəbul edəcək

Şahin Mustafayev İsmayıllıda vətəndaşları qəbul edəcək

İqtisadi inkişaf naziri Şahin Mustafayev avqustun 23-də İsmayıllı şəhərində Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: İsmayıllı şəhəri, H.Əliyev prospekti, 57) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin (İİN) [email protected] elektron poçt ünvanı və 598-95-10, 493-88-67 (21-42), (050) 359-35-90 nömrəli telefonlar, Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Dağlıq Şirvan regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

Həmçinin vətəndaşlar Nazirliyin rəsmi internet və Facebook səhifələrində yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə