Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 764,016 mln manat gömrük vergi və rüsumları köçürülüb. Komitədən SİA-ya verilən məlumata görə, ümumilikdə, ötən ilin analoji dövrü ilə müqayisədə DGK-nin xətti ilə büdcəyə köçürülən vəsaitin həcmi 14,8 % artıb.
Daxilolmaların tərkibində 157,982 mln. manatı gömrük rüsumları, 550,762 mln. manatı ƏDV, 45,233 mln. manatı aksizlər, 10,039 mln. manatı isə yol vergisinin payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB