Liviya hökuməti neft hasilatını artırmağı planlaşdırır

Liviya hökuməti neft hasilatını artırmağı planlaşdırır

Liviya hökuməti ölkədə neft hasilatının həcmini 650 milyon bareldən 750 milyon barelə çatdırmağı planlaşdırır. SİA-nın verdiyi xəbərə görə, ölkənin neft naziri Abdel Bari Əl-Arusi bu barədə "Blomberq" agentliyinə açıqlama verib. O, hasilatın konkret olaraq nə vaxtdan artırılacağı barədə bir söz deməsə də, bunun tətillərdən sonra emal zavodlarının neftin qəbuluna hazırlıq səviyyəsindən asılı olacağını bildirib.

Qeyd edək ki, 2011-ci il inqilabına qədər Liviyada gündəlik neft hasilatı 1,5 milyon barel təşkil edib. Ölkənin ən böyük Cəbadiyyə neft yatağında, eləcə də Breqa və Ras-Lanuf neft terminallarında işçilərin tətillərdə iştirakı ilin əvvəlindən neft sektoruna 2 milyon ABŞ dolları məbləğində ziyan vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə