WTI markalı neft bahalaşır

Avqustun 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,02 dollar və ya 0,02% artaraq 1 barelə görə 106,85 dollar olub. SİA-nınxəbərinə görə, avqustun 14-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,38 dollar və ya 0,3% artaraq 110,20 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə