Təbii qaz təchizatı dayandırılacaq

Təbii qaz təchizatı dayandırılacaq

Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar 14 avqust 2013-cü il tarixində saat 10:00-dan 16:00-dək "Albalılıq" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Albalılıq ərazisi və Binə qəsəbəsinin Atçılıq adlanan yaşayış sahəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə