Neft bahalaşıb

Avqustun 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,72 dollar və ya 0,7% artaraq 1 barelə görə 106,83 dollar olub. SİA-nın xəbərinə görə, avqustun 13-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,85 dollar və ya 0,8% artaraq 109,82 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə