Kənd təsərrüfatı naziri İsmət Abasov Şamaxı rayonunda vətəndaşlarla görüşəcək. Nazliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir avqust ayının 16-da saat 11:00-da Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.
Qəbulda iştirak etmək istəyənlər (050) 386-18-14 nömrəsilə əlaqə saxlaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB