“Google” şirkətindən növbəti yenilik

“Google” şirkətindən növbəti yenilik

"Google" şirkəti istifadəçilərə öz panoramlı şəkillərini yükləməyə imkan verən "Google Views" xidmətini istifadəyə verib. SİA-nın məlumatına görə, şirkət nümayəndələrinin "fotosfera" adlandırdığı şəkilləri sonradan "Google Maps" servisində çəkildiyi yerdə görmək mümkün olacaq. Onları "Android 4.2" əməliyyat sistemli istənilən telefonun kamerasının köməyi ilə yaratmaq olar.

Şəxsi fotoşəkilləri yükləmək üçün "Views" saytında "Google+" sosial şəbəkəsindəki və ya "Gmail" poçtundakı akkauntun köməyi ilə qeydiyyatdan keçmək, sonra kameranın yuxarısındakı göy ikonkanı basmaq lazımdır. Artıq mövcud panoramlar avtomatik olaraq fotoşəkillərin yerləşdiyi yerdən yüklənəcək. Onları "Bölüşmək" düyməsini basmaqla və "Google Maps" servisini seçməklə smartfon qalereyasından da yükləmək mümkündür.

Əvvəllər panoramlı fotoşəkili "Google Maps" kartoqrafik servisinə əlavə etmək üçün ABŞ korporasiyası "Street View" funksiyasından istifadə edib. Bu funksiyanın panoramlı şəkillərlə təmin olunması üçün xüsusi avtomobillər vasitəsilə çəkilmiş şəkillərdən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə