“Azərenerji” ASC: “Mənzillərə 1310-dan artıq sayğac quraşdırılıb”
"Sumqayıt" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi üzrə cari ilin birinci yarısı uğurla başa çatıb. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, cari ilin son üç ayında 10, 6 və 0,4 kilovoltluq elektrik verilişi xətti təmir olunub və 3,6 kilometrə yaxın kabel işlədilib. Eyni zamanda 5,7 kilometrə yaxın naqil dəyişdirilib, 15,7 kilometrə yaxın SİP kabel xətti çəkilib, 12 dayaq basdırılıb, mənzillərə 1310-dan artıq sayğac quraşdırılıb.
Bu ilin ötən 6 ayında müəssisə üzrə 5 milyon 468,9 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 328.1 min manatdan çox istehlak dəyəri bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB