“AtaBank” yeni “Səyahət krediti” məhsulunu təqdim edir

“AtaBank” yeni “Səyahət krediti” məhsulunu təqdim edir

"AtaBank" ASC müştərilərinə yeni "Səyahət krediti" məhsulunu təqdim edir. SİA-ya verilən məlumata görə, səyahət krediti məhsulunda kredit üzrə faiz dərəcəsi illik 18%, ilkin ödəniş 30%, kreditin məbləği borc alanın aylıq əmək haqqının 6 mislinədək və maksimum 5000 manat ekvivalenti təşkil edir.

Kredit maksimum 12 ay müddətinə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına manat, avro və ABŞ dolları ilə verilir. Borcalanın ümumi iş stajı 1 ildən az, yaş həddi isə 22 yaşdan aşağı olmamalıdır. Lakin son iş yerində iş stajı 6 aydan az olduqda borcalan əmək kitabçasının surətini təqdim etməlidir. 3000 manatdan yuxarı kreditin verilməsi üçün 1 zamin tələb olunur. Ödəniş hər ay bərabər hissələrlə aparılmalıdır. Kredit üzrə faktiki illik faiz dərəcəsi isə 19,04%-dən başlayır."AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə