İyulun 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,14 dollar və ya 1,1% azalaraq 1 barelə görə 106,91 dollar olub. SİA xəbər verir ki, iyulun 22-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar və ya 0,1% artaraq 108,15 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB