Vüqar Bayramov: “TAP daha qısa və ucuz başa gələcək layihədir” MÜSAHİBƏ
İqtisadçı Vüqar Bayramovun Səs TV-yə müsahibəsi:
- Vüqar müəllim, məlum olduğu kimi, ABŞ-da Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya ötürən TAP layihəsinin təqdimatı keçirilib. Şirkətin təqdimatından sonra onun fəaliyyəti rəsmiləşdirilirmi?
- Azərbaycan mavi qazını iki xətt vasitəsilə Avropa bazarına çıxarır. Onlardan biri TANAP, digəri isə TAP-dır. TAP-ın seçilməsi ilə bağlı qərar iyunun 28-dən verilib. Azərbaycan və Türkiyə tərəfləri arasında imzalanmış, 2011-ci ildə müzakirə edilən TANAP, 2012-ci ildə təsdiq edilib. TANAP real layihədir. TAP-ın seçilməsi ilə bağlı isə konsersium qərar qəbul etdi və bu qərara əsasən Azərbaycanın TANAP vasitəsilə Türkiyəyə çıxarılan mavi qazı, TAP vasitəsilə Avropa bazarına, daha doğrusu İtaliya, Yunanıstan, Albaniyaya çıxarılsın. Güman olunur ki, birinci mərhələdə TANAP vasitəsilə 16 milyard kub metr, sonrakı mərhələdə isə 30 milyard kub metr mavi qaz Türkiyəyə ötürüləcək. Onun bir qismi 12,6 milyard kub metri Türkiyəyə, digər qismi isə Avropa bazarına çıxarılacaq. Şahdəniz konsersiumunda TAP layihəsi ilə yanaşı Nabucco Vest layihəsi də qiymətləndirildi. Həm siyasi, həm iqtisadi səbəblərdən dolayı konsersium TAP layihəsini seçdi. Çünki TAP layihəsi, Nabucco Vest-ə nisbətən daha qısa və ucuz başa gələcək layihədir. Nəzərə alsaq ki, TAP Qərbi Avropa bazarına çıxarılacaq və bu da mavi qazın daha yüksək qiymətə satılacağından xəbər verir. Nabucco Vest Mərkəzi Şərqi Avropa bazarına mavi qazın nəqli layihəsi olduğu üçün, burada Qərbi Avropa bazarına nisbətən mavi qaz daha ucuz qiymətə satılacaq. Seçilən düzgün strategiyaya uyğun olaraq Azərbaycan mavi qaza olan tələbatını ödəməklə yanaşı, bazarlara mavin qazın ixracatında asılılığı aradan qalxıb. Ölkəmiz heç kimdən asılı deyil.
- Nəyə görə Azərbaycan qazı məhz Türkiyə vasitəsilə Avropaya ötürülür?
- Azərbaycan qazının satıcısı Dövlət Neft Şirkəti - SOCAR-dır. SOCAR sadəcə kəmərin inşasında Türkiyə tərəfini cəlb edib. Azərbaycan tərəfi mavi qazını Türkiyəyə nəql edir, onun digər ölkələrə nəqlində məsul olan şirkət isə Türkiyə şirkətidir. Avropa bazarına mavi qazın ötürülməsini TANAP deyil, TAP həyata keçirəcək. TAP konsersiumu üç dövlətin - Norveç, İsveçrə və Almaniya şirkətlərindən təşkil olunub. Norveç və İsveçrə şirkətlərinin hər birinin 44,5% payı var. Digər qalan faiz payı isə Almaniya şirkətinə aiddir. Bu baxımdan TAP layihəsinin konsersiumunda şirkətin seçilməsi ilə bağlı qərar veriləcək. Türkiyə şirkəti Azərbaycan mavi qazının Türkiyə bazarına, oradan da Avropa sərhədinə çıxarılmasında iştirak edəcək. Daha sonra isə bu ilin sonuna qədər müəyyənləşəcək şirkət mavi qazı İtaliyaya çıxaracaq.
- Bütün bu layihələrin həyata keçirilməsində ölkəmizin siyasi-iqtisadi dividentləri nədən ibarət olacaq?
- Təbii ki, hər iki layihənin reallaşmasında Azərbaycan həm iqtisadi, həm də siyasi divident əldə etdi. TANAP-ın reallaşmasında ölkəmizin strateji addımı Azərbaycanın siyasi dividentidir. Eyni zamanda, bu layihənin reallaşması Azərbaycanın Türkiyəyə strateji dəstəyidir. Dövlətimiz Türkiyənin digər ölkələrdən mavi qaz asılılığını aradan qaldırmasına ciddi töhfə verdi. Türkiyə Rusiyadan kifayət qədər yüksək qiymətə mavi qaz nəql edir. TANAP imkan yaradacaq ki, Azərbaycanın mavi qazı Türkiyə bazarında özünəməxsus şəkildə sözünü deyə bilsin. Həm TAP, həm də Nabucco Vest layihəsi Rusiyadan yan keçən layihələrdir. Bu da Rusiyanı qıcıqlandırır. Azərbaycan Rusiyanın Mərkəzi Şərqi Avropada maraqlarına toxunacaq layihəyə dəstək vermədi. Rusiyanın cənub axın vasitəsilə İtaliya bazarına çıxmasının qarşısını TAP aldı. TAP-ın seçilməsi ilə dövlətimiz siyasi cəhətdən mövqeyini balanslaşdırdı. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi olmaqla yanaşı, yeni güclərin yaxınlığında olan bir ölkədir. Bu zamana qədər Azərbaycan birbaşa Avropa bazarına çıxa bilməmişdi. TAP vasitəsilə Avropa bazarına çıxmaqla Azərbaycan Avropanın ən ciddi tərəfdaşına çevriləcək.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB