Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası keçiriləcək

Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası keçiriləcək

Berlində Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 17-18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Ticarət və İntestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası keçiriləcək. İclasda Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyevin rəhbərlik etdiyi işçi qrup təmsil edəcək.

İclasda iki ölkə arasında iqtisadi və ticarət əlaqələrin mövcud vəziyyəti, Yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasından ötən dövrdə görülən işlər, müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə