Lənkəran rayonunun Göyşaban kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Xalik Məmmədov, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev, Birliyin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, 738 abonenti olan Göyşaban kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 23371,3 metr olan müxtəlif diametrli metal, eləcə də 14046,8 metrlik polietilen boru xətləri çəkilib, 82 ədəd siyirtmə, 738 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Rövbəq Abdullayev istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, kənd və qəsəbələrin qazlaşdırılması məqsədi ilə görülən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri Göyşaban kəndinin ilk dəfə olaraq təbii qazla təmin olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB