Kənd təssərütafı naziri İsmət Abasov Rusiya Federasiyası İnquşetiya Respublikasının Hökumətinin sədri Musa Çiliyevi qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilənməlumata görə, görüşün əsas məqsədi Azərbaycan Respublikası Hökuməti və İnquşetiya Respublikası Höküməti arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin müzakirəsi olub.
Qonaqları səmimi salamlayan nazir İsmət Abasov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib.
Aqrar sahənin inkişafının hökumətin iqtisadi siyasətinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqaməti olduğunu qeyd edən nazir İsmət Abasov bu sahəyə göstərilən dövlət dəstəyi, o cümlədən müxtəlif kənd təsərrüfatı istehsal vasitələrinə subsidiyalar, birbaşa və dolayısı yolla təmin edilən dəstək, güzəştli kreditlər sayəsində son illər ərzində sahənin ildə orta hesabla 6 faiz olmaqla dinamik inkişafının təmin edildiyini bildirib. O, aqrar sahədə həmçinin kompleks tədbirlər nəticəsində cari ilin 5 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun 5,2 faiz artdığı, bitkiçilik və heyvandarlıq sahələrində artımın müvafiq olaraq 9,6 və 4,7 faiz təşkil etdiyini diqqətə çatdırıb.
İnquşetiya Respublikasının Hökumətinin sədri Musa Çiliyev səmimi qəbula görə təşəkkürünü bildirərək bu görüşün aqrar sahədə ikitərəfli uğurlu əməkdaşlıq üçün zəmin yaradacağını bildirib. İnquşetiya Hökumətinin sədri təmsil etdiyi respublikanın Rusiya Federasiyasının digər subyektləri ilə müqayisədə gənc respublika olmasına baxmayaraq, ölkədə kənd təsərrüfatının inkişafı üçün münbit torpaq-iqlim şəraitinin və bu sahəyə investisiya qoyuluşu üçün zəruri hüquqi bazanın mövcud olduğunu bildirib. O, həmçinin İnquşetiyada azərbaycanlılardan ibarət icmanın yaşadığını qeyd edərək, ölkəsində Azərbaycana aid investisiya layihələrinin həyata keçiriləcəyi təqdirdə onların cəlb olunmasının mümkünlüyünü vurğulayıb.
Nazir İsmət Abasov 2011-ci ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İnquşetiya Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş"in müvafiq müddəaları əsasında tərəflərin təsərrüfat subyektləri və iş adamları arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.
Rusiya Federasiyası İnquşetiya Respublikasının Hökumətinin sədri Musa Çiliyev nazir İsmət Abasovu İnquşetiya Respublikasına rəsmi səfərə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB