QKDK əməkdaşları Polşa təcrübəsindən yararlanıblar

QKDK əməkdaşları Polşa təcrübəsindən yararlanıblar

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) əməkdaşları Polşaya səfər ediblər. QKDK-dan SİA-ya verilən məlumata görə, tvinninq layihəsi çərçivəsində təşkil edilən səfərdə investorların kompensasiya sxemləri, udulma əməliyyatları (takeover bids), investorların hüquqlarının müdafiəsi, blok treydinq, ticarət sistemi və omnibus hesabı əməliyyatları mövzularında Polşanın Maliyyə Nəzarəti Agentliyində, Varşava Fond Birjasında və Polşanın Mərkəzi Depozitarında təlimlər keçirilib.

Təlimdə QKDK-ilə yanaşı Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin əməkdaşları iştirak edib.

Polşa Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən sözügedən "Tvinninq" layihəsinin məqsədi Azərbaycanda qiymətli kağızlar bazarının institusional, hüquqi və tənzimləyici çərçivəsinin Avropa İttifaqında mövcud olan standartlara uyğunlaşdırılması, habelə bazar iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə