Azərbaycanın nəqliyyat sektorunda artım olub

Azərbaycanın nəqliyyat sektorunda artım olub

2013-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 46,9 milyon ton yük və 581,7 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 6,9%, sərnişindaşımanın həcmi isə 8,3% artıb.

Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtobusla sərnişindaşımaların həcmi 8,2%, taksi ilə isə 10,1% artıb.

Hesabat dövründə yük dövriyyəsi 6,9%, sərnişin dövriyyəsi isə 9,2% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə