Bu gün ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun icraçı direktoru Lyu Quchan, vitse-prezidenti Yuy Çjenci, ÇXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xun Cyuyin, Çin Xarici İşlər Nazirliyinin Avropa idarəsi və Mərkəzi Asiya üzrə müşaviri Çao Yünlon, ÇXR-in Beynəlxalq Araşdırmalar Fondunun Rusiya, Şərqi Avropa və Asiya mərkəzinin icraçı direktoru Van Çencay və başqaları SAM-ın qonağı olub. SAM-dan SİA-ya verilən məlumata görə, qonaqları SAM-ın direktoru Fərhad Məmmədov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi İşçisi Rəşad Kərimov və digər əməkdaşlar qəbul ediblər.
Qeyd edək ki, görüş zamanı tərəflər Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin formalaşması və inkişaf mərhələləri, eləcə də Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları mövzularını müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB