Son bir il ərzində kredit alanların sayı artıb. SİA-nın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ölkədə kommersiya banklarından kredit alan fiziki şəxslərin sayı 31,4% artıb.
Bundan başqa ilk 4 ayın sonuna Mərkəzləşdirilmiş Kredit Reyestrində 1 665 903 borcalan və 599 475 zamin haqda məlumat toplanıb. Borcalanların 9 230-u hüquqi şəxslər, 15 180-i sahibkarlıq subyektləri, 1 641 493-ü fiziki şəxslərdir. Son bir ildə MKR-də borcalan kimi qeydiyyatda olan hüquqi şəxslərin sayı 7,1%, sahibkarlıq subyektlərinin sayı 11,3% artdığı halda, fiziki şəxslərin sayı 31,4%, zaminlərin sayı isə 30,4% artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB