“AtaBank” ASC növbəti təcili pul köçürmələri sisteminə qoşulub

“AtaBank” ASC növbəti təcili pul köçürmələri sisteminə qoşulub

"AtaBank"Lider sistemi üzrə pul köçürmələrini təqdim edərək, təcili pul köçürmə xidmətləri çeşidini genişləndirib. "Ata Holdinq" dən SİA-ya verilən məlumata görə, lider sistemi ilə müştərilər 30-dək ölkə üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Bu ölkələr sırasında Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Belorus, Latviya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Polşa, Portuqaliya, Rumıniya, Yunanıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Çin, Vyetnam və Monqolustan mövcuddur.

Pul köçürmə xidmətlərini AtaBank-ın 24 filial və şöbəsində həyata keçirmək mümkündür. "Bank Western Union", "Zolotaya Korona", "Contact", "Coinstar", "Blizko", "Privat Money", "Migom" və Lider sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

AtaBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürən və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

Bütün xəbərlər Facebook səhifəmizdə