Neft ucuzlaşdı

Birjalarda ötən gün keçirilən hərraclarda neftin qiyməti ucuzlaşıb. SİA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, London İCE birjasında "Brent" markalı "qara qızıl"ın qiyməti düşüb. Belə ki, hazırda bu markadan olan neftin bir barelinin qiyməti 1.24 dollar enərək 100.91 dollar təşkil edir.

Nyu-Yorkun NYMEX birjasında da keçirilən hərracda neftin qiyməti ucuzlaşıb. Hazırda yüngül markalı "qara qızıl"ın qiyməti 1.71 dollar enərək, bir barelə görə 93.69 dollar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə