Meksika Azərbaycanın energetika sahəsində təcrübəsini öyrənir

Meksika Azərbaycanın energetika sahəsində təcrübəsini öyrənir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Senatının Enerji komitəsinin sədri, senator David Pençina Qrubun başçılıq etdiyi Meksika nümayəndə heyətini qəbul edib.

Görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Meksika nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycanın energetika sahəsində təcrübəsini öyrənməkdir.

Bundan əvvəl nümayəndə heyəti energetika sahəsinin inkişafı ilə bağlı məsələləri müzakirə etmək məqsədilə Norveç və Böyük Britaniyada səfərdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə