2013-cü ilin ötən beş ayı ərzində 22.1 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.5 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM 62.7 faizi məhsul istehsalı sahələrində, 30.9 faizi xidmət sahələrində yaradılıb, 6.4 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb.
Qeyd edək ki, adambaşına ümumi daxili məhsul istehsalı 2389.0 manat təşkil edib.
Əlavə dəyərin 52.5 faizi qeyri-neft sektorunda istehsal olunaraq 11.0 faiz artıb, neft sektorunda isə 1.4 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB