Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov sessiyanın plenar iclasında çıxış edib.
Azərbaycanda aparılan siyasətdə makroiqtisadi sabitliyin təmin olunması ilə yanaşı, qlobal proseslərdən irəli gələn çağırışların, gələcəyə hesablanan hədəflərin daim diqqətdə saxlanıldığını bildirən nazir respublikada icra olunan sosial proqramlar, o cümlədən yeni iş yerlərinin açılması, rəqabət qabiliyyətli əmək potensialının yetişdirilməsi, əmək bazarının inkişafı və s. sahələrdə görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Nazir çıxışında ölkəmizdə son doqquz ildə 3 dəfədən çox iqtisadi artıma nail olunduğu, 1 milyon 200 mindən çox yeni iş yeri yaradıldığı, işsizliyin 5,2 faizə, yoxsulluğun 6 faizədək azaldığını qeyd edib. Eyni zamanda, sosial ədalət meyarlarına söykənən iqtisadi-sosial idarəetmənin təmin olunması, insan kapitalının inkişafı, əmək resurslarının iqtisadi tərəqqiyə uyğunlaşdırılması, layiqli əməyin təminatı məqsədilə fəal beynəlxalq əməkdaşlıq müstəvisində və mütərəqqi dünya təcrübəsi əsasında icra olunan məqsədyönlü strategiyalardan söz açılıb.
Sessiya çərçivəsində nazir Fizuli Ələkbərovun BƏT-in rəhbər şəxsləri, ayrı-ayrı ölkələrdən olan əmək və sosial müdafiə qurumlarının rəhbərləri və sosial tərəfdaşlarla ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB