Dünya Bankı Azərbaycan iqtisadiyyatını yüksək dəyərləndirib

Dünya Bankı Azərbaycan iqtisadiyyatını yüksək dəyərləndirib

Azərbaycanda 2013-cü ildə iqtisadi artım tempi 4,8% təşkil edəcək. SİA-nın məlumatına görə, bu proqnoz Dünya Bankının "Dünya iqtisadiyyatının perspektivləri" icmalında göstərilir.

Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu ilin əvvəlindəki proqnozdan (4,2%) 0,6 faiz bəndi yaxşılaşdırıb. Dünya Bankı 2014-cü ildə ölkədəki iqtisadi artımı 4,8%, 2015-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırır. Yanvar ayında açıqlanan proqnozlarda isə bu göstəricilər müvafiq olaraq 3,7% və 3,6% olub.

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə faktiki iqtisadi artım tempi 2,2%, bu ilin yanvar-may ayları üzrə isə 4,5% təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə