Qanun layihəsi qəbul edildi

Milli Məclisdə "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanunun Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını bildirib.

O, layihə ilə bağlı ikinci oxunuşda millət vəkillərinin səsləndirdiyi təkliflərin nəzərə alındığını deyib: "Bu qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır".

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə