“AtaTravel” yeni istiqamət təklif edir- Macarıstan (R)

“AtaTravel” yeni istiqamət təklif edir- Macarıstan (R)

Bu gün "AtaTravel" MMC Macarıstanın turizm sənayesi ilə tərəfdaşlıq əlaqələrinin qurulmasına həsr edilən mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransında "Atatravel" şirkətinin baş direktoru Vüsal Əliyev, "AtaTravel" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova, Azərbaycanın KİV və tur-operatorlarının nümayəndələri iştirak ediblər.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, son vaxtlar Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən turizmdə də inkişaf gedir: " "AtaTravel" Macarıstanın "1000 yol" tur-operatorunun tərəfdaşı olub, həmçinin Budapeşt-Bakı-Budapeşt aviareyslərini həyata keçirəcək "WizzAirr" aviaşirkəti ilə sıx əməkdaşlıq edir. Macarıstan Azərbaycandan olan turistlər üçün yeni, cəlbedici istiqamətdir. İndi "AtaTravel" şirkəti Macarıstanla turizm əlaqələrinin qurulması və inkişafı ilə məşğuldur. Bununla bağlı, 29 iyun-5 iyul tarixlərində Azərbaycanın 15 nəfərlik KİV nümayəndəsinin adıçəkilən ölkəyə info-turu təşkil ediləcək".

Daha sonra "AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev info-turla bağlı bildirib ki, Macarıstana qarşıdakı info-turun gedişində rəsmi şəxslərlə görüşlər, əməkdaşlığın istiqamətlərinin müzakirəsi, texniki detalların razılaşdırılması, perspektiv üçün müştərək planların işlənib hazırlanması planlaşdırılıb: "Fəailiyyətimizdə Azərbaycana turistlərin cəld edilməsinə hər zaman diqqət ayırırıq, yəni ikitərəfli turist axınını təmin edirik. Bu ilin sentyabrında artıq macar tur-operatorları üçün Azərbaycana info-turun təşkili məsələsini işləyib hazırlayırıq".

Məlumat üçün bildirək ki, "WizzAirr" aviaşirkətinin həyata keçirəcəyi Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılması çox mühüm önəm daşıyır. Aviaşirkət 43 Airbus A320 təyyarəsi olan parkamalikdir. 2012-ci ildə bu şirkət tərəfindən 70 marşrut, 94 istiqamət üzrə dünyanın 33 ölkəsinə 12 milyon sərnişin daşınıb. Rəsmi açılışı iyunun 18-də həyata keçiriləcək bu aviareys Avropaya səyahətin ən effektiv və qənaətli üsulu olacaq.

Qeyd edək ki, "AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "Atatravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. "Atatravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə