Vergilər Nazirliyi ölkədə tərəfdaşlıq sazişlərinin tətbiqi üzrə normativ-hüquqi bazanın hazırlığı üzərində işləri yekunlaşdırıb. SİA-nın məlumatına görə, bunu "Vergi tərəfdaşlığı" mövzusunda keçirilən konfransda Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib.
Onun sözlərinə görə, tərəfdaşlıq sazişlərinin işi üçün hüquqi baza Vergi Məcəlləsinə son dəyişikliklərdə öz əksini tapıb: "Bundan sonra biz normativ sənədlərin layihələrini hazırladıq. Bu paket hazırda müvafiq orqanlar tərəfindən müzakirə edilir və o yaxın vaxtlarda qəbul olunacaq. Bu yeniliyin əsas prinsipi könüllülük və qarşılıqlı etibardır. Təbii ki, söhbət vergi yükünün azaldılmasından getmir. Bu vergi hesablamalarının dəqiqliyi, risklərin daha yaxşı idarə olunması və digər məqsədlərlə edilir".
O qeyd edib ki, belə tərəfdaşlıq sazişlərinin imzalanması zamanı sahibkarlıq subyektləri ayrı-ayrı risk qruplarına bölünəcək ki, bu da yekunda nümunəvi vergi ödəyicisi anlayışının formalaşmasına gətirib çıxaracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB