BTC kəməri ilə nəql olunan neftin həcmi artıb

BTC kəməri ilə nəql olunan neftin həcmi artıb

Bu ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 865 min 14 ton Azərbaycan nefti nəql olunub. Aprel ayında bu göstərici 2 milyon 427 min 650 ton neft təşkil edib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2013-cü ilin yanvar-may aylarında bu kəmərlə 12 milyon 636 min 425 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il iyun ayının 1-nə qədər BTC-yə 218 milyon 263 min 150 ton neft vurulub. Bundan başqa, bu ilin may ayında BTC kəməri ilə 279 min 989 ton Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə