Lənkəranda “Yaşıl çay” kəndli-fermer təsərrüfatı arpa biçinini başa çatdırıb FOTOLAR

Lənkəranda “Yaşıl çay” kəndli-fermer təsərrüfatı arpa biçinini başa çatdırıb FOTOLAR

"Yai çay" kəndli-fermer təsərrüfatında arpa biçini başa çatııb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ötən ilin payızında 100 hektar sahədə əkin keçirən təsərrüfat bol məhsul yetişdirməyə nail olub. Qısa müddətdə biçin başa çatdırılıb. Təsərrüfatın rəhbəri Araz Yaqubov əməkdaşımızla söhbətində bildirib ki, optimal müddətdə biçini yekunlaşdıran əməkçilərimiz 190 ton arpa tədarük etməyə nail olublar. Bu da hər hektara 19 sentener məhsul deməkdir. Artıq tədarük edilmiş məhsulun satışı aparılır.

Qeyd edək ki, kəndli-fermer təsərrüfatı eyni sahədən ötən ilə nisbətən 30 ton artıq məhsul götürüb. Təsərrüfat rəhbəri onu da əlavə edib ki, arpa satışından əldə edilən gəlir yeni salınmış çay təsərrüfatının inkişafına yönəldiləcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə