İpoteka kreditinin həcmi artıb

2013-cü ilin yanvar-may aylarında 42,27 milyon manat məbləğində ipoteka krediti verilib. SİA-nın Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu il verilən ipoteka kreditini 2012-ci ilin analoji dövrü ilə müqayisə etdikdə maliyyələşdirmə həcmini 36,7 dəfə üstələyir.

Qeyd edək ki, İpoteka Fondunun xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 435 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvar-may ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 28,31 milyon manat təşkil edib.

May ayında, həmçinin sosial ipotekanın maliyyələşdirilməsi üçün vəsait ayrılmayıb, 2013-cü il dövlət büdcəsində sosial ipoteka üçün 40 milyon manat nəzərdə tutulub, bu vəsaitdən Fonda hələlik 20 milyon manat köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə