İlk on günlüyün qalibləri müəyyənləşəcək

İlk on günlüyün qalibləri müəyyənləşəcək

"İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində ölkə üzrə qəbul olunmuş planlardan əlavə olaraq həm Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, həm də Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən xüsusi daxili planlar hazırlanıb, icra olunmaqdadır. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavinin sözlərinə görə, bu çərçivədə olan son layihələrdən biri "Mən azərbaycanlıyam" intellektual layihəsidir: "Bu gün layihə çərçivəsində ilk on günlüyün qalibləri müəyyənləşəcək. On günlüklərin qalibləri sonda super finalda iştirak edəcək. Belə layihələr vətəndaşların informasiya-kommunikasiya texnologiyalarına marağını artıracaq. Eyni zamanda nazirlik olaraq ölkə vətəndaşlarını informasiya-kommunikasiya texnologiyaları ilə bağlı layihələrə cəlb edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə