Mərkəzi Bank texniki və proqram platformalarını təkmilləşdirəcək

Mərkəzi Bank texniki və proqram platformalarını təkmilləşdirəcək

Azərbaycan Respublikası Mərkəzi bankı Temenos Bank Əməliyyat Sisteminin texniki və proqram platformalarını yenilənməsi üzrə tenderin qalibini müəyyən edib. SİA-ya verilən məlumata görə, Colvir Software Solutions Ltd. (İngiltərə) və Azərbaycanın SİNAM şirkətlərinin yaratdığı Konsorsium tenderin qalibi elan olunub. Colvir Software Solutions Ltd. şirkəti bu layihədə əsas podratçı, SİNAM şirkəti isə subpodratçı kimi iştirak edəcək.

Bu layihə çərçivəsində Mərkəzi Bankın Əsas İnzibati Binasında (Bakı şəhəri), Sumqayıt və Yevlax şəhərlərində yerləşən Ehtiyat Mərkəzlərində nəzərdə tutulmuş yerlərdə avadanlıqlar və proqram təminatları quraşdırılacaq.

Bundan başqa JBase Enterprise Edition lisenziyası platformasında Temenos Bank Əməliyyat Sistemi (BƏS) proqram təminatı qurulacaq və Mərkəzi Bankın Əsas inzibati binası ilə Ehtiyat Mərkəzləri arasında online rejimli replikasiya yaradılacaq.

BƏS-in proqram platformasını yeniləyərkən əlaqədar informasiya resursları (XÖHKS, AZİPS, Oracle Əmək haqqı, Oracle Əsas vəsaitlər, ST, WSS, FƏİS, Bloomberg) arasında zəruri interfeyslər yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə