Biz bu gün Bakıda Xəzər regionunun ən irimiqyaslı neft-qaz sərgisində iştirak etməyə və bu mötəbər tədbirdə "Halliburton" şirkətini təmsil etməyə çox şadıq.
Bunu Neft Mühəndisləri Cəmiyyətinin (SPE) Azərbaycan üzrə sədri, "Halliburton" şirkətinin nümayəndəsi Bert Stritman XX yubiley Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində səsləndirib.
O bildirib ki, "Halliburton" şirkəti Azərbaycanın neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən ən iri xidmət şirkətlərindən biridir. Şirkət qazma avadanlığı istehsal edir, boru kəmərlərinə, rezervuar parklarına xidmət göstərir, sahə üçün İT-layihələr işləyib hazırlayır. Şirkətin bütün dünyada, bütün qitələrdə, dünyanın 70-dən çox ölkəsində təxminən 60 min əməkdaşı vardır. Şirkət Azərbaycan bazarında 1999-cu ildən fəaliyyət göstərir.
Bert Stritman deyib ki, "Halliburton" şirkəti Azərbaycanın "Palmali" "SOCAR", "bp", "Bahar Energy", "Global Energy" kimi şirkətləri ilə uğurla əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB