SAM-ın enerji üzrə eksperti 20-ci Xəzər Dəniz Neft-Qaz konfransında məruzə ilə çıxış edib
SAM-ın enerji üzrə eksperti Gülmira Rzayeva "20-ci Xəzər Dəniz Neft-Qaz" konfransında çıxış edib. SAM-dan SİA-ya verilən məlumata görə, G.Rzayeva "Xəzər Dənizindən təchizat marşrutlarının diversifikasiyası üçün nəqliyyatın həlli yolları" mövzusunda olan paneldə məruzə ilə çıxış edib.
G.Rzayeva öz çıxışında Azərbaycan perspektivindən danışaraq qeyd edib ki, Azərbaycan 500 milyon istehlakçısı olan Avropa bazarını prioritet bazar hesab edir və 2019-cu ildən etibarən regionun, qaz ixracatçı ölkə kimi, enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaq niyyətindədir.
Şah Dəniz qazının Avropaya nəql edəcək marşrutun seçiminə gəldikdə isə G.Rzayeva qeyd edib ki, hansı marşrut seçilirsə seçilsin, bu rəqabətdə uduzan tərəf olmayacaq, çünki hər iki boru xətti (Nabukko Vest və TAP) Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək və Azərbaycana geniş imkanlar yaradacaq.
Qeyd edək ki, konfrans öz işini 7 iyun tarixində yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB