"Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi" Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib.
SİA-nın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsindən bildiriblər ki, bu Standartın təsdiqi ölkədə müasir Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiq edilməsi istiqamətində sistemli tədbirlərin davamı kimi qiymətləndirilir. Qanunda qeyd olunub: "Dövlət Standartının qəbul edilməsində başlıca məqsəd, ölkə üzrə ünvanvermə işlərinin tələblərə uyğun qaydada aparılması, bu sahədə müasir standartların tətbiqi, ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyinin təmin edilməsidir.
Dövlət Standartına əsasən, ölkədə nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinin girişlərinə və binadaxili obyektlərə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin hazırlanması və quraşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini və ünvan reyestrinə dair standartlar müəyyənləşdirilib."
Eyni zamanda qeyd olunub ki, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini yolları (küçə və prospektin başlanğıcı və sonu, istiqamət mərkəzi, küçənin sağı və solu, nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətti, kəsişmə nöqtələri) göstərilib.
Təsdiq edilmiş Dövlət Standartında ünvan nömrələrinin təyini prinsipləri (nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sonuna doğru nömrələmə prinsipi, məsafə prinsipi, giriş prinsipi, birləşmiş nömrə prinsipi), müxtəlif təyinatlı, yerləşmə vəziyyətlərinə görə fərqlənən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvanvermə ilə bağlı standartlar müəyyənləşdirilib.
Bundan başqa ünvan lövhələrinin hazırlanmasına və quraşdırılmasına qoyulan tələblər Dövlət Standartında əks olunub. Yeni nəqliyyat infrastrukturu obyektlərinin istifadəyə verildiyi, adı dəyişdirildiyi, nəqliyyat infrastrukturu obyektlərinin birləşdiyi (bölündüyü) hallarda müvafiq icra hakimiyyəti orqanının 3 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin bu barədə məlumatlandırılması qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB