Brent markalı neftin qiyməti ucuzlaşıb

Brent markalı neftin qiyməti ucuzlaşıb

Ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,43 dollar və ya 0,6% artaraq 1 barelə görə 93,74 dollar təşkil edib. SİA-nın "Bloomberq"ə istinadən verdiyi məlumata görə, iyunun 5-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,2% azalaraq 103,04 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə