ARDNŞ prezidenti: "SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir"
"İlin sonunadək SOCAR Rumuniya və Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 100-ə çatdıracaq". SİA-nın verdiyi xəbərə görə, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Xəzər Neft və Qaz konfransındakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sözügedən ölkələrin neft və pərakəndə bazarında SOCAR öz brendi ilə təmin olunur: "Həmin ölkələrdə hazırda 50-yə yaxın SOCAR brendi altında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir və ilin sonuna kimi bu rəqəmi 100-ə çatdırmağı düşünürük".
ARDNŞ prezidenti çıxışında onu da bildirib ki, bu gün Gürcüstanın neft məhsulları bazarının 50 faizini SOCAR təmin edir: "Qonşu ölkədə hazırda SOCAR brendi altında 100 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Hazırda Gürcüstanın 39 regional qaz paylama şirkəti SOCAR tərəfindən idarə olunur. Cari ilin əvvəlində Gürcüstanın qazlaşdırma işi başa çatdırılıb. Hazırda SOCAR-ın törəmə müəssisələri tərəfindən uzunluğu 375 km olan qaz paylayıcı şəbəkə istifadəyə verilib. Hazırda SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB