Qordon Birrel:"İlk neft ilin sonunadək hasil olunacaq"

Qordon Birrel:"İlk neft ilin sonunadək hasil olunacaq"

"Azəri-Çıraq-Günəşli" neft yataqları bloku dünya səviyyəli yataqdır. BP və tərəfdaşları bu yatağa davamlı olaraq investisiya qoyuluşlarını davam etdirməyə hazırdır. SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən beynəlxalq Xəzər neft-qaz konfransındakı çıxışında "BP-Azerbaijan" şirkətinin prezidenti Qordon Birrel bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda "Qərbi Çıraq"platformasının üst modulları dənizə aparılaraq dayaq blokunun üzərinə yerləşdiriləcək: "Xəzərin Azərbaycan sektorunda yerləşən "Çıraq" yatağında bu ilin sonunadək "Qərbi Çıraq" platforması işə salınacaq. "Azəri-Çıraq-Günəşli"yataqlarının 8-ci platformasından ilk neftin hasil olunması 2013-cü ilin sonunadək davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə